İlham Əliyev hökumətə üç ay vaxt verdi

İlham Əliyev hökumətə üç ay vaxt verdi
Siyasət 4558

 

Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

BAKU.WS

Oxşar xəbərlər

Vətəndaşlıqdan çıxma prezidentin səlahiyyətinə verildi

Vətəndaşlıqdan çıxma prezidentin səlahiyyətinə verildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxa...

1278 Siyasət 19:00 30 sentyabr 2015

Son xəbərlər