Prezident büdcədən 1 milyon 500 min manat ayırdı

Prezident büdcədən  1 milyon 500 min manat ayırdı
İqtisadiyyat 1223

 

Prezident İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalalyıb.

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"İyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". 

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev 15 milyon ayırdı

İlham Əliyev 15 milyon ayırdı

Dövlət başçısı İlham Əliyev heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, ölkəyə iribuynuzl...

1490 İqtisadiyyat 22:29 19 avqust 2015

Son xəbərlər