Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı

Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı
İqtisadiyyat 1973

"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Prezidentin Fərmanı dərc edilib. Fərmandan belə görünür ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ölkədə vahid maliyyə nəzarəti qurumu yaradılır. Yəni bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək. Məntiqlə bu o deməkdir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv olunacaq, Maliyyə Nazirliyindən sığorta nəzarəti, Mərkəzi Bankdan isə bank nəzarəti səlahiyyətləri alınacaq".

BAKU.WS-in məlumatına görə, bunu ekspert Əkrəm Həsənov söyləyib. Onun sözlərinə görə, bu, çox yerində verilmiş qərardır və Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir:

"Mərkəzi Bank isə yalnız pul siyasəti ilə məşğul olmalıdır. Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə. Fərmandan belə görünür ki, yeni qurumun rəhbəri vəzifəsinə əsas namizəd Rüfət Aslanlıdır. Bu seçimi də düzgün hesab edirəm. Rüfət Aslanlı maliyyə nəzarəti sahəsində hazırda ən savadlı və səriştəli dövlət məmurudur. Ümid edirəm ki, yeni qurumun fəaliyyəti uğurlu olacaq və mövcud böhranın aradan tezliklə qaldırılmasına kömək edəcək".

Mütəxəssis qeyd edir ki, bu qurum həmçinin ölkənin ilk publik hüquqi şəxsidir: "Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər