"Azpetrol" avtomobilə düzgün yanacaq vurulmaması barədə şikayətlərə münasibət bildirdi
"Son vaxtlar bəzi KİV-də avtomobil sahiblərinin "Azpetrol”un yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması barədə şikayətlərinə rast gəlinir. Bəzi saytlar buna qərəzli yanaşaraq şirkətin nüfuzuna qəsdən xələl gəlməsinə və şirkət haqqında yanlış fikir formalaşdırmağa çalışırlar".
"Azpetrolu"un Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 6-da şirkət yaydığı açıqlamada yanacağın müştərilərin avtomobilinə düzgün vurulmamasına və ya yanacaq çəninə artıq yanacaq vurulması barədə şikayətlərə aydınlıq gətirib.
"Bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xətdən) yuxarı hissəyə qədər, yəni çənin "boğazına” kimi dolmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni "boğazına” qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən "VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır. Onu da nəzərinizə çatdırırıq ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür”, - deyə şirkətin yaydığı məlumatda bildirilir.
Bundan başqa şirkət bildirir ki, dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın "Tatsuno” və Türkiyənin "Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır ki, "Azpetrol”un da yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar məhz həmin şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır: "Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir”.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentin qərarından sonra gömrükdən nəyi pulsuz keçirmək olar?
Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi...