"Azpetrol" şirkətinə yeni baş direktor təyin olundu
07
dek
2015
17:54
Azpetrol" MMC-nin baş direktoru vəzifəsinə Ceyhun Məmmədov təyin edilib.
Şirkətdən "Report"a bildirilib ki, C.Məmmədov 1999-cu ildən "Azpetrol"da müxtəlif vəzifələrdə çalışır. O, baş direktor vəzifəsinə təyin olunmamışdan öncə şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.
Xatırladaq ki, bu günlərdə "Azpetrol" şirkətinin baş direktoru Hüseynağa Rəhimov vəzifəsindən azad edilib. Məlumata görə, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifədən azad olunub.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdə kütləvi ixtisarlar olacaq
Nazirlikdən ən azı 100 nəfərin də işdən azad ediləcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (RYTN) mənbələrdən Mi...