Bakıda avtomobilinə benzin vuran sürücüləri necə aldadırlar? (FOTO)
"Ötən həftənin 6-cı günü yanacaq doldurma məntəqəsində (YDM) "Toyota Corolla"ya tam bak benzin vurdurdum. Avtomobilimə benzin vurulduqdan sonra operator mənə 39,4 azn çek teqdim edib. Sayğac isə maşının bakına 56,3 litr benzin vurulduğunu göstərirdi. Operatora, menecerə, mühafizəçiyə izah edə bilmədim ki, bu mümkün deyil".
BAKU.WS-in məlumatına görə, bu sözləri redaksiyamıza müraciətində paytaxt sakini söyləyib. Adının açıqlanmasını istəməyən sürücü YDM-nin səhvi boynuna almadığını bildirib. Son çarə olaraq sürücü avtomobilin texniki göstəriciləri yazılan kitabı YDM əməkdaşlarına təqdim edib:
"Həmin texniki sənəddə göstərilir ki, avtomobilin bakı maksimum 55 litr yanacaq tutumu var. Bununla yanaşı, mən YDM-yə girəndə bakda 8 litr benzin var idi. Bu faktları göstərdikdən sonra səhvlərini inkar etməkdən əl çəkdilər. Nömrəmi verdim ki, rəhbər şəxs mənimlə əlaqə saxlasın. Heç 5 dəqiqə keçməmiş zəng edib dedilər ki, aparat səhv hesablayıb və anlaşılmazlıq olub. 10 litr üçün məndən alınan 7 AZN-i geri qaytardılar. Ancaq anoloji vəziyyət digər sürücülərin də başına gələ bilər. Sürücülərdən aldanmamaq üçün diqqətli olmağı xahiş edirəm", - deyə sürücü söyləyib.
Tofiq Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişiləri tovlayan qızlar peyda olub (FOTO)
Bakıda fırıldaqçı qızlar peyda olub. BAKU.WS-in məlumatına görə, oxucular criminal.az-a bildiriblər ki, iki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pu...