Bakıda kişiləri tovlayan qızlar peyda olub (FOTO)
Bakıda fırıldaqçı qızlar peyda olub.
BAKU.WS-in məlumatına görə, oxucular criminal.az-a bildiriblər ki, iki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pul əldə edirlər. Gürcüstandan olan iki qız yolda maşını saxlayaraq benzinin bitdiyini və onlara köməklik edilməsini xahiş edir. Sürücülər benzin vermək istəsə də, onlar pul tələb edirlər.
Müraciət edən sürücülərdən biri deyir ki, ''Azneft'' meydanı yaxınlığında həmin qızlar ona əl edərək saxladıb. Benzininin bitdiyini deyərək köməklik istəyib. Öz növbəsində ona benzin vermək istəsə də, qızalar israrla pul verməsini xahiş edib. Ondan 5 manat alandan sonra maşınına əyləşərək yoluna davam edib. Sonra isə yanacaqdoldurma məntəqəsinə deyil, ticarət mərkəzinə giriblər. Qeyd edək ki, bir müddət əvvəl cavan oğlan eyni usulla sürücülərdən pul tələb edirdi. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobus sürücüsündən növbəti özbaşınalıq (VİDEO)
Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə BAKU.WS-in redaksiyasına hər gün onlarla şikayət daxil olur. Şikayətlərdə ən çox...