Bakıda özünü polis kimi təqdim edən sürücülərin fırıldağı (FOTO)
Son vaxtlar paytaxt küçələrində nizamsız parklanma ilə bağlı reydlər artıb. Məhz bununla əlaqədar bəzi sürücülər avtomobillərinin cərimə meydançasına aparılmaması üçün müəyyən üsullardan istifadə edirlər. BAKU.WS-in məlumatına görə, bəzi vətəndaşlar polis formasını, papağını, dəyənək və s. avtomobildə görünəcək yerlərə qoyurlar. Bununıa da, onlar yol polislərinə maşının sahibinin də hüquq-mühafizə əməkdaşı olmasına işarə edirlər. Hətta bu üsuldan polis əməkdaşı olmayan adi vətəndaşlar da istifadə edirlər.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən isə belə halların azaldığını bildirirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında deyir ki, yol polisi qayda pozan hər kəsə eyni münasibət göstərir. "Yol Hərəkəti Haqqında qaydaları pozan istənilən sürücü cərimələnir və maşını cərimə meydançasına aparılır. Əvvəllər sürücülər vəzifələrindən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırdılar. Amma indi belə hallar azalıb”, - deyə Vaqif Əsədov bildirib. Qurum rəsmisi deyir ki, yol polisi belə şəxsi avtomobilini nizamsız, qadağan olunan yerdə saxlayarsa, onun barəsində tədbir görülür. Həmin maşın dərhal cərimə meydançasına aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda "qadın-kamikadze" maşının altına belə düşdü (VİDEO+18)
Bakıda sürücülərin məsuliyyətsizliyindən çox danışılıb. Lakin yol qəzalarının demək olar ki, 30 faizi piyadaların səhlənkarlığı ucbarından baş verir. BAKU.WS-...