Bakıda "qadın-kamikadze" maşının altına belə düşdü (VİDEO+18)
Bakıda sürücülərin məsuliyyətsizliyindən çox danışılıb. Lakin yol qəzalarının demək olar ki, 30 faizi piyadaların səhlənkarlığı ucbarından baş verir. BAKU.WS-in avtospot-a istinadən verdiyi məlumata görə, həmin video paytaxt yollarından birində çəkilib. Videodan da aydın görmək olar ki, maşınlar yolla sürətlə şütüyür. Bu zaman bir qadın yolu necə oldu keçir. Bu zaman avtomobillərdən biri qarşısına çıxan bu qadını vurur. Qadının ölüb-ölməməsi barədə məlum verilmir. Lakin bildirilir ki, hadisə baş verən ərazidən düz 20 metr qabaqda piyada keçidi olub. Bakı şəhər Dövlət Yol polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov da BAKU.WS-ə açıqlamasında yol hərəkəti istifadəçilərinə tövsiyyə edir ki, bir az diqqətli olsunlar. "Dəfələrlə reydlər keçirilir, kütləvi informasiya vasitələri vasitəsilə məlumatlar verilir. Lakin hələ də, yol hərəkəti qaydalarını.kobud şəkildə pozan piyadalar var”, - deyə Vaqif əsədov bildirib
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Axşam Bakının yolları boş olacaq
Bu gün axşam saaatlarında Bakı yollarında müəyyən qədər boşluq olacaq. Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xi...