Diqqət: Türkiyə və Azərbaycan həkimlərinin birgə fırıldağı (FOTO)

Diqqət: Türkiyə və Azərbaycan həkimlərinin birgə fırıldağı (FOTO)
Hadisə 1568

Azərbaycanda xəstə insanlar üzərində alver şəbəkəsi quraraq dələduzluqla pul qazanan insanlar peyda olub. 

BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə bu barədə açıq-aşkar alver gedir. Bu cür faktlardan birini həkim işləyən Yasin Haqverdiyev adlı şəxs öz şəxsi hesabında paylaşıb. 

Məlumatda qeyd olunur ki, Türkiyədə fəaliyyət göstərən bir sağlamlıq-turizm şirkəti Azərbaycandan olan həkimlərlə işbirliyinə girərək vətəndaşları aldadır. 

Belə ki, həkimlər, onlara müraciət edən xəstələrə Türkiyədə hər hansısa bir xəstəxananı məsləhət görürlər. Bunun qarşılığında xəstənin yaxınlarından külli miqdarda pul tələb olunur. Xəstənin ödəyəcəyi real məbləğ 3000 manat civarındadırsa, həmin şəxslər xəstədən nə az, nə çox düz 20 min manat məbləğində pul tələb edirlər. Həmin təkliflə Yasin Haqverdiyevə də müraciət olunub. Lakin o rədd cavabı verib və məlumatı Facebook hesabında paylaşıb. 

Məsələni diqqətdə saxlayırıq.

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Bakının ən bahalı məktəbləri (QİYMƏT CƏDVƏLİ)

Bakının ən bahalı məktəbləri (QİYMƏT CƏDVƏLİ)

Bakıda fəaliyyət göstərən bəzi məktəb və liseylər çox yüksək qiymətlərlə təhsil təklif edirlər. BAKU.WS paytaxtımızda ən bahalı təhsil ocaqlarının qiymətləri...

16356 Sosial 16:20 25 avqust 2015

Son xəbərlər