Pezeşkian niyə Pişəvəriyə bənzədilir?
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ana dilində təhsil məsələsi yenidən siyasi və ictimai müzakirələrin mərkəzinə qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran"ın Youtube kanalında videomaterial yayımlanıb.
Məlumata görə, son günlər xüsusilə iki hadisə diqqəti çəkir: İranda paniranist dairələrin ana dilində təhsil ideyasına qarşı çıxışları və Azərbaycanın 55 qeyri-hökumət təşkilatının bu məsələ ilə bağlı Məsud Pezeşkiana müraciəti.
Qeyd olunur ki, müzakirələr artıq təkcə Azərbaycan türklərinin dil hüquqları ilə məhdudlaşmır. Burada İranın milli kimlik siyasəti, konstitusiyanın icrası, mərkəzləşdirilmiş dövlət modeli, fars dilinin statusu və etnik müxtəlifliyin siyasi nəticələri kimi məsələlər də müzakirə olunur.
Məsələ ilə bağlı süjetdə İran Konstitusiyasının 15-ci maddəsi müzakirə olunur.
Orada qeyd edilir ki, İran xalqının rəsmi və ümumi dili, əlifbası farscadır: Rəsmi sənədlər, yazışmalar, mətnlər və dərsliklər bu dil və əlifbada olmalıdır. Bununla yanaşı, yerli və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsi, habelə məktəblərdə onların ədəbiyyatının fars dili ilə yanaşı tədrisi sərbəstdir.
Bildirilir ki, burada mühüm bir hüquqi fərq var:
1) Ana dilinin tədrisi: məktəblərdə Azərbaycan türkcəsi, kürd, ərəb, bəluç və digər dillərin ayrıca fənn kimi öyrədilməsi;
2) Ana dilində təhsil: riyaziyyat, tarix, coğrafiya və digər fənlərin də uşağın ana dilində tədris edilməsi.
Konstitusiyanın 15-ci maddəsi birinci məsələyə açıq şəkildə imkan verir, lakin ikinci məsələni birbaşa nəzərdə tutmur. Məhz bu fərq İran daxilindəki müzakirələrdə mühüm yer alır.
Nəzəri cəlb edən digər məqam odur ki, konstitusiyanın qəbulundan təxminən 47 il keçməsinə baxmayaraq, 15-ci maddənin məktəblərdə sistemli şəkildə həyata keçirilməsi təmin edilməyib.
İranda bu arada Prezident Məsud Peşezkianın Cənubi Azərbaycan Milli Hökumətinin sədri olmuş Seyid Cəfər Pişəvəriyə bənzədilməsi də maraq doğurur.
Oxşar xəbərlər
Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu"
"Ərdoğanla Əliyev arasındakı görüş yayılan dezinformasiyalara verilən ən yaxşı cavab oldu". BAKU.WS xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet...