"Avis" apteklər şəbəkəsinin sahibi həbs olunub

Avis apteklər şəbəkəsinin sahibi həbs olunub
Hadisə 1787

Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

BAKU.WS xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, "Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan "İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb. 

BAKU.WS

Oxşar xəbərlər

Bakının iri apteklər şəbəkəsində əməliyyat keçirildi: Tutulanlar var

Bakının iri apteklər şəbəkəsində əməliyyat keçirildi: Tutulanlar var

Bakıda fəaliyyət göstərən "Avis” apteklərində əməliyyat keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı musavat.com-a aptek işçilərindən biri verib. Məlu...

4182 Hadisə 22:43 28 yanvar 2016

Son xəbərlər