Azərbaycanla Gürcüstan arasındakı mübahisəli ərazi ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

Azərbaycanla Gürcüstan arasındakı mübahisəli ərazi ilə bağlı VACİB AÇIQLAMA  - VİDEO
Video
Video 1843
Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq.Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze “İmedi” televiziya kanalının efirində yayımlanan “Xronika” verilişində bildirib.Baş nazir sərhədin müəyyən olunması üzrə prosesin çətin və çox zəhmət tələb edən olduğunu qeyd edib:“Mən çox yaxşı başa düşürəm ki, bu məsələ gürcülər üçün çox emosionaldır. Mən hamını yoxlanılmamış informasiyalardan çəkinməyə çağırıram. Gürcüstan və Azərbaycan dost və tərəfdaşdırlar. Biz bu məsələni həll edəcəyik”.Məsələnin həssas olduğunu anlayıram, amma bir daha hər kəsdən xahiş edirəm ki, təsdiqlənməmiş məlumatları və emosional bəyanatları yaymasınlar.Belə bir açıqlama ilə ölkənin baş naziri Mamuka Baxtadze fikirlerine davam ederek deyib.Bildirib ki, sərhədlərin demarkasiyası üzrə komissiya yaxın vaxtlarda yenilənəcək və məsələ ilə əlaqəli bütün dövlət agentlikləri bu komissiyada təmsil olunacaq.“Bu məsələ olduqca mürəkkəbdir və həlli üçün müəyyən vaxt tələb edir. Monastrla bağlı mövcud praktika isə bu müddət ərzində davam edəcək”, - deyə baş nazir bildirib.Realtv.az

Son xəbərlər