Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb
28
noy
2018
23:25
“Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: “Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar keçirməyə çağırıb.BAKU.WS
Oxşar xəbərlər
Gürcüstanın hakim partiyası qələbəni qeyd etməyə, müxalifət aksiyaya hazırlaşır
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.“Report”un Gürcüstan bürosunun verdiyi...