Saakaşvili zaminə buraxılıb
11
dek
2017
23:03
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində irəli sürülən ittiham əsasında Kiyev şəhər Peçerski rayonunda məhkəmə prosesi keçirilib.BAKU.WS-in məlumatına görə, məhkəmədə Saakaşvili deputatların zaminliyinə buraxılıb.Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.BAKU.WS
Oxşar xəbərlər
Mixeil Saakaşvili Kiyevdə saxlanıldı
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.BAKU.WS-in məlumatına görə, bu barədə Saakaşvilinin tər...