Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb.
Novator.az xəbər verir ki, Saakaşvilinin təqdim etdiyi bəyannaməyə əsasən, o, 2015-ci ildə qubernator postunda ümumilikdə 38,6 min qrivna (1,5 min ABŞ dolları) qazanıb. Bu məbləğ onun maaşıdır.
Saakaşvili xaricdəki hesabında 57 min dollar, Ukraynadakı hesabında isə 130 min qrivna (5 min dollar) pul olduğunu bildirib.
Onun 6820 və 500 kvadratmetrlik iki torpaq sahəsi və 97 kvadratmetrlik evi var.
Bəyannaməyə əsasən, Saakaşvilinin ailəsi 754 kvadratmetrlik mənzilə və xarici hesablarda 48 min avroya sahibdir.
Sənədə görə, Saakaşvilinin və onun ailəsinin nəqliyyat vasitəsi yoxdur.
2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.
Oxşar xəbərlər
Saakaşvilidən Azərbaycana dəstək (FOTO, VİDEO)
Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili son günlər cəbhə xəttində olan vəziyyətlə bağlı Azərbaycana dəstək olduğ...