Həmvətənimiz Odessa vilayətinin prokuror müavini təyin edildi

Həmvətənimiz Odessa vilayətinin prokuror müavini təyin edildi
Hadisə 1992

Ukraynanın Odessa vilayətinin prokurorunun müavini vəzifəsinə həmvətənimiz təyin olunub. BAKU.WS-in məlumatına görə, Ukraynanın baş prokuroru yeni qərar qəbul edib. Qərara əsasən Gündüz Məmmədov vilayət prokurorunun müavini təyin olunub. Bunadək isə Gündüz Məmmədov Odessa şəhərinin prokuroru vəzifəsini tuturdu.  

Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ilin oktyabrın 26-da Gəncə şəhərində doğulub.

O, Meçnikov adına Odessa Dövlət Universitetini bitirib, Kiyev Vilayət Şöbəsinin prokuroru, Ukrayna Prokurorluğu Akademiyasının baş elmi işçisi, Dnepr rayon İstintaq şöbəsinin rəisi vəzifələrində işləyib. Gündüz Aydın oğlu Məmmədov hüquq elmləri namizədi və Ukraynanın böyük ədliyyə müşaviridir. Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Prezidentdən rabitə və yüksək texnologiyalar nazirliyinə yeni təyinat

Prezidentdən rabitə və yüksək texnologiyalar nazirliyinə yeni təyinat

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazi...

1276 Siyasət 13:14 25 noyabr 2015

Son xəbərlər