“Saakaşvili sərhədi keçən kimi güllələyin!” - FOTO
21
avq
2017
18:44
Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko hesab edir ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçməyə cəhd etdiyi zaman güllələnməlidir.BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, özünün “Facebook” səhifəsində Lyaşko bununla bağlı yazıb:“Saakaşvili öz kirvəsi Poroşenkonun qeyri-qanuni şəkildə verilmiş pasportunun əlindən alınması ilə bağlı qərarından narazıdır?! Ən yaxşı vəkilləri tut və get məhkəməyə! Sərhədçilərimizə müraciət edirəm: sərhədi keçən hər kəsi tərəddüd etmədən güllələyərək öldürün”.Xatırladaq ki, hazırda Avropa ölkələrindən birində olan Mixail Saakaşvili sentyabrın 10-da Polşadan vətəndaşlığından məhrum edildiyi Ukraynaya daxil olacağını bəyan edib.BAKU.WS
Oxşar xəbərlər
Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib
Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı fərman imzalayıb. BAKU....