Saakaşvili azərbaycanlı məmurun həbsini tələb edir - VİDEO
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili və Odessa Gömrük İdarəsinin rəisi Yuliya Maruşevskaya Dövlət Maliyyə Xidmətinin əslən azərbaycanlı olan rəisi Roman Nəsirovu bütün anti-korrupsiya layihələrinə mane olmaqda ittiham edib.
BAKU.WS Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Saakaşvili baş nazir Vladimir Qroysmanın da iştirak etdiyi maliyyə xidmətinin seminarı zamanı deyib.
"Mən Gürcüstan prezidenti olanda, bunun kimi insanlar həbsxanada idi" – Saakaşvili Nəsirovu işarə edərək əlavə edib.
Baş nazirə xitab edən qubernator, "mən əıminəm ki, siz onu gec-tez həbs etməli olacaqsız”, - deyə vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb. Novator.az xəbər verir ki, Saakaşv...