Gürcüstan Prezidenti: "Azərbaycanla sərhəd məsələsini təcili həll etmək lazımdır”
21
apr
2019
14:00
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib.Bu barədə Sputnik-Georgia Gürcüstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.Bildirilir ki, Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.Virtualaz.org xatırladır ki, aprelin 3-də rəsmi Tbilisi Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.
Oxşar xəbərlər
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azə...