Azərbaycanla Gürcüstan arasında yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa ediləcək

23
iyn
2018
17:02
Azərbaycanla Gürcüstan arasında Sadıxlı kəndi yaxınlığında yeni gömrük-sərhəd keçid məntəqəsisinin inşası planlaşdırılır.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov bildirib.Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi məntəqənin tikintisi ilə bağlı danışıqlar artıq yekunlaşıb, nəticələr əldə olunub və yaxn zamanlarda tikintiyə başlanıla bilər.A.Abasov qeyd edib ki, yeni məntəqədə yük və nəqliyyat vasitəsi bir ölkə tərəfindən yoxlanılarsa, digər tərəf artıq yoxlama aparmayacaq. Bu da gömrük-sərhəs keçid məntələqəsində yüklərin sürətli daşınmasına, eyni zamanda ticarətin asanlaşmasına xidmət edəcək.BAKU.WS

Oxşar xəbərlər
Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edildi
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilib. “Report” xəbər verir ki, onun yerinə Avtonəqliyyat Baş Gömrük İd...