Gürcüstan prezidenti 3 Azərbaycan vətəndaşını əfv etdi
27
dek
2017
22:55
“Gürcüstan prezidentinin əfv etdiyi şəxslər sırasında 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı var”.BAKU.WS-in məlumatına görə, bu sözləri “Report”a açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.Komissiya sədri deyib ki, Gürcüstan prezidentinin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq: “Digər iki nəfərin isə cəzası azaldılıb”.Z.Koridzenin sözlərinə görə, Komissiyada ümumilikdə 1182 müraciətə baxılıb. Gürcüstan prezidenti dekabrın 27-də onlardan 187 nəfərini əfv edib. Əfv olunanlardan 3-ü azyaşlı, 12-si qadındır. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.BAKU.WS
Oxşar xəbərlər
Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq
Noyabrın ilk həftəsində Gürcüstan Azərbaycana məxsus təbii qazı yeni marşrut üzrə almağa başlayacaq.BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə yerli m...