Emil Abbasbəyli "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan"a rəhbər təyin edildi

Emil Abbasbəyli Azərbaycan Beynəlxalq Bankı-Gürcüstana rəhbər təyin edildi
İqtisadiyyat 2798

Emil Abbasbəyli "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" bankının baş direktoru təyin edilib. 

BAKU.WS-in məlumatına görə, bu barədə bankın saytında məlumat yerləşdirilib. E.Abbasbəyli Samir Vəliyevi əvəz edib. Bankın idarə heyətində başqa dəyişiklik olmayıb. Əli Haqverdiev baş direktorun müavini, Tamara Qoqolaşvili isə İdarə Heyətinin üzvüdür. 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" («ABB-Gürcüstan») – 2006-cı il noyabrın 16-da yaradılıb və 100% xarici kapitala malik Gürcüstanın rezident bankıdır.

Bankın qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı 12 milyon Gürcüstan larisidir (təxminən 7 milyon ABŞ dolları). Səhmlərinin 75% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur. "ABB-Gürcüstan” universal Bank kimi hüquqi və fərdi şəxs olan müştərilərə müxtəlif çeşidli xidmətlər göstərir. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər