50 milyon borcu olan iş adamı xəstəxanaya düşdü

50 milyon borcu olan iş adamı xəstəxanaya düşdü
Hadisə 1176

 

"Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "City Developer” MMC-nin direktoru Ratmir Bəkirov xəstəxanaya yerləşdirilib.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. R.Bəkirov əməliyyat ediləcək.

O, əməliyyat edildikdən və səhhəti normallaşandan sonra məhkəməyə aparılacaq.

Qeyd edək ki, R.Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılmalı idi.

R.Bəkirov fəaliyyətini dayandırmış "Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır. Onun "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu

"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, iş...

1869 Hadisə 14:19 28 oktyabr 2015

Son xəbərlər