Dilənçi polis bölməsində damarlarını doğradı

Dilənçi polis bölməsində damarlarını doğradı
Hadisə 1713

Bakıda dilənçilik etdiyi üçün saxlanılan şəxs polis bölməsində intihara cəhd edib. BAKU.WS-in Musavat.com-a istinadən verdiyi məlumata görə, Səməd Vurğun parkında dilənçilik edən Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Rafiq Bəkirov Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Rafiq Bəkirov Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib. R.Bəkirov bölmənin giriş qapısına çatanda ağzından çıxardığı lezva ilə qolunun damarlarını kəsib. Psioxoloji problemlərinin olduğu deyilən R.Bəkirov xəstəxanaya yerləşdirilib. O, tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 23 nəfər saxlanıldı

Bakıda 23 nəfər saxlanıldı

Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha bir qrup şəxs saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazilriyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata gö...

1042 Hadisə 16:33 21 oktyabr 2015

Son xəbərlər