Azərbaycana milyonlar qazandıracaq qatar Gürcüstanda

Azərbaycana milyonlar qazandıracaq qatar Gürcüstanda
İqtisadiyyat 1464

 

Yeni dəmir yolu şəbəkəsinin açılışını edən Çin qatarı Gürcüstana gəlib.

"Report" gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilir.

Qatar Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçib və Gürcüstan vasitəsilə Türkiyəyə yollanacaq. Beynəlxalq dəmir yol şəbəkəsi Çin və Avropanı birləşdirəcək.

"İpək yolu"nun açılış mərasimində Gürcüstanın baş naziri və Çinin bu ölkədəki səfiri iştirak edib.

"Çindən gələn yüklər cəmi iki həftə ərzində İstanbula çatacaq", - deyə səfir bildirib.

İlk qatar Gürcüstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Avropa İttifaqı bayraqları ilə bəzədilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, "biz son dərəcə qısa müddət ərzində - 8-10 günə yükləri Gürcüstanda, 3-5 gün ərzində isə Avropanın müxtəlif ölkələrində qəbul edə biləcəyik". 

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt qatarı dəmiryol xəttinin üzərində kef məclisi quran türk vətəndaşını vurdu (RƏSMİ)

Bakı-Sumqayıt qatarı dəmiryol xəttinin üzərində kef məclisi quran türk vətəndaşını vurdu (RƏSMİ)

Ötən gün saat 19 radələrində Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. BAKU.WS-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində...

2116 Hadisə 10:22 03 dekabr 2015

Son xəbərlər