Azərbaycan və Gürcüstan qaz problemində razılığa gəldi

Azərbaycan və Gürcüstan qaz problemində razılığa gəldi
İqtisadiyyat 839

 

SOCAR prezidenti Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə görüşüb. 

BAKU.WS-in məlumatına görə, Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olub.

Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycandan Gürcüstana daha bir qaz jesti

Azərbaycandan Gürcüstana daha bir qaz jesti

Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub. BAKU.WS-in məlumatına görə, SOCAR Gürcüstana təbii qaz tədarükünün o...

1209 İqtisadiyyat 15:07 29 yanvar 2016

Son xəbərlər