Azərbaycanlıların toyunda 150 nəfər zəhərləndi
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində keçirilmiş toyda 150-dən çox adam, o cümlədən 28 uşaq zəhərlənib.
Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.
İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb qida məhsulu və ya içki olub. Zərərçəkmişlər yerli xəstəxanalara çatdırılıblar. 40 nəfər hələ də xəstəxanalarda qalıb, onların vəziyyəti sabit dəyərləndirilir. Gürcüstan Daxili İşlər Nazirliyi zəhərlənmə faktı üzrə istintaqa başlayıb.
Qeyd edək ki, Sadaxlı Gürcüstan Respublikasının Kvemo-Kartli diyarında Marneuli bələdiyyəsinin əhalisinin sayı baxımından ən böyük kəndidir. Gürcüstanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə əhalinin rəsmi siyahıya alınmasına əsasən, Sadaxlı kəndinin əhalisinin sayı 9486 nəfərdir və bunun 97%-ni azərbaycanlılar təşkil edir.
BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi zəhərlənmə: 40 nəfər xəstəxanalıq oldu
Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib. "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, toyda 40-a...