Gürcüstanın yeni baş nazir və hökuməti təsdiq olunub
20
iyn
2018
22:20
Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.Qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə Nikoloz Qaqua təsdiq olunub.Parlamentin etimad göstərdiyi hökumət müvəqqəti hökumət hesab olunur. Belə ki, ölkə qanunvericiliyinə ediləcək müvafiq düzəlişlərdən sonra nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq.Baş nazir M. Baxtadze bir neçə həftə ərzində yenilənmiş hökumətin tərkibini təqdim edəcək və parlament bir daha hökumətə etimad göstərməli olacaq. Ölkədə bir neçə nazirliklərin birləşdiriləcəyi gözlənilir. M. Baxtadze yeni hökumətdə bir neçə yeni simanın olacağını bildirib.Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili iyunun 13-də istefa verib. İyunun 14-də parlament çoxluğu maliyyə naziri M. Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.BAKU.WS
Oxşar xəbərlər
Gürcüstanın baş naziri istefaya gedib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini açıqlayıb.APA-nın yerli bürosunun məlumatına görə, bu barədə G. Kvirikaşvili keçirdiyi xüsusi bri...