Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi
Siyasət 3118
Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.BAKU.WS

Oxşar xəbərlər

İrəvanda yenidən etirazlar başladı

İrəvanda yenidən etirazlar başladı

İrəvanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə yenidən mitinqlər başlayıb.BAKU.WS-in "RİA Novosti"yə is...

1379 Siyasət 21:06 30 aprel 2018

Son xəbərlər