Gürcüstanda matəm elan olunub
17
yan
2019
11:20
Gürcüstanın baş naziri Mamuka Baxtadze 17 yanvar tarixini ölkədə matəm günü elan edib. BAKU.WS-in "RİA Novosti"yə istinadən məlumatına görə, buna səbəb Tbilisidə yaşayış binasında partlayış nəticəsində dörd nəfərin ölməsi, altısı uşaq olmaqla səkkiz nəfərin xəsarət alması olub. Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.Baş nazirin sərəncamına əsasən bu gün Gürcüstanda və xarici ölkələrdəki səfirliklərdə dövlət bayrağı endiriləcək.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Tbilisidə partlayış - 3 nəfər ölüb
Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.Bnu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.O...