“Şaxta baba”ya məktub yazan Tufanı tanıyaq - VİDEO

“Şaxta baba”ya məktub yazan Tufanı tanıyaq - VİDEO
Video
Video 1658
Hər iki valideynini itirmiş 11 yaşlı Tufan Əşrəfovun “Şaxta baba”ya yazdığı məktub sosial mediada sürətlə yayılıb.“Qafqazinfo” xəbər verir ki, onun müəllimlərinin köməyi ilə yazdığı məktuba sosial media istifadəçiləri ilə yanaşı, rəsmi qurumlar da biganə qalmayıblar. Masallı rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi balaca Tufanın yanında olacaqlarını bildiriblər. Mövzu ilə bağlı İctimai Televiziyanın əməkdaşları Tufanın yaşadığı evdə olub və onunla söhbətləşib. Reportajı təqdim edirik: BAKU.WS

Son xəbərlər