Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı AÇIQLAMA - FOTO

Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı AÇIQLAMA - FOTO
Sosial 3367
Təhsil Nazirliyi sosial şəbəkədə Şaxta Babaya məktubu yayılan 11 yaşlı Masallının Bədəlan kənd sakini ziyarət edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb:"Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”, - Valehov qeyd edib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər