Təhsil Nazirliyindən məktəb formaları ilə bağlı XƏBƏRDARLIQ
05
sen
2018
12:32
Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov “Facebook” səhifəsində yaıb.Onun sözlərinə görə, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz.“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur:Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər", - deyə nazirlik rəsmisi bildirib.BAKU.WS
Oxşar xəbərlər
Valideynlərin nəzərinə! Məktəbli formalarının qiymətləri AÇIQLANDI
“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”.Bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış...