Azərbaycan məktəbində "YENİLİK": Direktor şagirdlərdən pul qazanmağın yeni yolunu tapdı
07
sen
2017
14:39
Sumqayıt şəhərində fəaliyyət göstərən 21 nömrəli məktəb şagirdlərdən hər il yeni məktəbli formaları alması tələb edilir.Bu barədə BAKU.WS-ə övladı həmin məktəbdə oxuyan valideynlərdən biri məlumat verib.Valideynin sözlərinə görə, məktəbin direktoru Vladim İbrahimov hər il məktəbdə yeni məktəbli forması tətbiq edir.“Direktor hər kəsi məcbur edir ki, yeni forma alsın, şagird keçən ilki forma ilə məktəbə gəlməsin. Vladim İbrahimov deyir ki, fərqi yoxdur pulunuz var, ya yox. Bu məktəbdə mən deyən keçir. Gedin hara istəyirsiniz deyin, şikayət edin”, - deyə şikayətçi bildirib.Valideyn deyir ki, onun 2 övladı var və ötən il onlar üçün birinin qiyməti 46 manat olan iki məktəbli forması alıb.“İndi yenisini almağa imkanım yoxdur, keçən il aldığım formaya da icazə vermirlər", - deyə narazı valideyn sözlərinə əlavə edib.Məktəb direktoru Vladim İbrahimovun valideynlər qarşısında hansı əsasla belə tələb qoyduğunu öyrənmək üçün Sumqayıt şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq.İdarədən BAKU.WS-ə bildirildi ki, direktorun hər il yeni məktəbli forması tələb etməsi qanuna ziddir.“Əgər şagirdin forması varsa, direktor yeni forma tələb edə bilməz. Valideynlər ötən il aldığı məktəbli formaları ilə övladlarını təhsil ocağına göndərə bilərlər. Təbii ki, həmin formalar yaxşı vəziyyətdə olmalıdır. Məktəb direktoru ilə əlaqə saxlanılacaq. Məsələ yerindəcə araşdırılacaq. Direktor qanun pozuntusuna yol veribsə, onun barəsində ciddi tədbirlər görüləcək”, - deyə Tİ-dən bildirildi.SəmədBAKU.WS
Oxşar xəbərlər
Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi – DƏRSƏ BURAXILMAYACAQLAR
Zaqatala və Balakəndə bəzi kənd məktəblərində müəllimlərin yeni tədris ilindən vahid forma geyinmələri barədə tapşırıq verilib. Tələblərə görə, müəllimlər yalnı...