Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi – DƏRSƏ BURAXILMAYACAQLAR

Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi – DƏRSƏ BURAXILMAYACAQLAR
Sosial 1772
Zaqatala və Balakəndə bəzi kənd məktəblərində müəllimlərin yeni tədris ilindən vahid forma geyinmələri barədə tapşırıq verilib. Tələblərə görə, müəllimlər yalnız qara rəngdə kostyum geyinməlidirlər. Formaya ağ köynək, qara yubka, jilet və qara ayaqqabı daxildir. Müəllimlər fəsildən asılı olmayaraq, bu geyimdə olmalıdır. Məktəb direktorları təlimatın Təhsil Nazirliyi tərəfindən verildiyini bildirib və bu geyimdə olmayan müəllimlərin dərsə buraxılmayacağı barədə xəbərdarlıq olunub.BAKU.WS bizimyola-a istinad'nMəktəb direktorlarının bu tələbi müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar qeyd edir ki, müəllimlərin vahid formada geyinmələri bütün respublikada tətbiq olunmur. Hətta Balakən və Zaqatala rayonlarının əksər məktəblərində müəllimlərə bu tələb qoyulmayıb.“Onsuz ki, müəllimlər geyimlərinə diqqət edirlər. Açıq-saçıq, rəngli geyimlər geyinmirlər. Qara rəngli geyimlər problem yaradır. Bütün günü təbaşirlə işləyirik, üst-başımız təbaşir olur. Həmçinin qış aylarında soyuq siniflərdə bu forma ilə dərs keçmək də çətindir”, deyə müəllimlər etiraz edib.Məsələ ilə bağlı qeyd olunan rayonların təhsil şöbələri ilə əlaqə saxladıq.Balakən rayon təhsil şöbəsindən Publika.az-a bildirdilər ki, məktəblərə vahid forma ilə bağlı hər hansı tələb irəli sürülməyib.“Bir çox dövlət qurumlarında geyim tələbi var, amma müəllimlərlə bağlı yoxdur. Müəllimlərın vahid forma geyinməsi yaxşı olardı. İndi də müəllimlərimiz məktəbə uyğun geyinirlər, qadın müəllimlər açıq-saçıq, şalvar geyinmirlər. Lakin vahid forma ilə bağlı idarədən tapşırıq verilməyib”.Zaqatala rayon təhsil şöbəsindən də məktəb rəhbərləri qarşısında belə bir tələb qoyulmadığını deyiblər:“Şagirdlərdən məktəbli formaları geyinmələri tələb edilir. Lakin Təhsil Şöbəsi tərəfindən məktəb rəhbərlərinə müəllimlərin vahid forma geyinmələri tapşırığı verilməyib”.Qeyd edək ki, müəllimlərin vahid geyim tələbi zaman-zaman gündəmə gəlir. Təhsil Nazirliyi isə hər dəfə müəllimlərlə bağlı vahid geyim tələbinin olmadığını açıqlayır. Nazirlikdən bildirilir ki, məktəb rəhbərləri işə pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə gəlməyə icazə verməməlidir.BAKU.WS

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR

Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR

Təhsil Nazirliyi növbəti ildə də müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayacaq.Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi...

1524 Sosial 18:06 29 avqust 2017

Son xəbərlər