Nazir əmr imzaladı: 5 yaşlı uşaqların təhsili pulsuz oldu

Nazir əmr imzaladı: 5 yaşlı uşaqların təhsili pulsuz oldu
Sosial 2912

 

2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

BAKU.WS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb. 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə" əmrə əsasən, yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək.

Həmçinin, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən valideynləri sevindirən qərarla bağlı AÇIQLAMA

Nazirlikdən valideynləri sevindirən qərarla bağlı AÇIQLAMA

"Nazirlər Kabinetinin "Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında" qərarı çoxdan gözlənilən idi. Uşaqların məktəbə hazırlığının təşkili təhsil s...

2972 Sosial 09:29 14 iyul 2016

Son xəbərlər