Maaşlarını ala bilməyən müəllimlərlə bağlı açıqlama
Bir müddətdir ki, müəllimlər maaşlarını ala bilmirlər.
BAKU.WS xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən həftə KİV-ə açıqlamasında bildirmişdi ki, müəllimlər əmək haqlarını gələn həftədən (yəni bu həftə) alacaqlar.
Lakin Bakının, eyni zamanda ölkənin bəzi rayonlarında müəllimlər maaşlarını hələ də ala bilməyiblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, 2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingentli barədə məlumatların emalı prosesi artıq başa çatıb və bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqısı onların bank hesablarına köçürülüb,
Mətbuat katibi Bəşarət Məmmədovun sözlərinə görə, müəllimlərin maaşının gecikidirlməsi pulların karta köçürülməsi prosesi texniki cəhətdən müəyyən vaxt ala bilər. Bu hal hər tədris ilinin əvvəlində müşahidə olunur.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda müəllimlərin əmək haqlarının gecikməsinin səbəbi açıqlandı
Bakı şəhəri üzrə Təhsil İdarəsi bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb. BŞTİ-dən APA-nın sorğusuna verilən cavabda bildirilib...