Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər
Bakıda keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsində təxminən 3 minə yaxın müəllim iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu ilin dekabr ayının əvvəlində Bakı şəhərində əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.
"Təbii ki, bu da müəllimlərin əməkhaqlarının artırılmasına xidmət edir. Ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 mini qiymətləndirmədə iştirak edib. Hazırda qiymətləndirmə üçün təşkilati işlər aparılır", - Məhəbbət Vəliyeva bildirib.
Qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması orta hesabla 1,5 dəfə, əməkhaqqı isə iki dəfə artırılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Bu ilin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 201...