Maaşları artacaq müəllimlər imtahan verdi

Maaşları artacaq müəllimlər imtahan verdi
Sosial 1703

 

24-26 dekabr tarixlərində Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən diaqnostik qiymətləndirmədə 3500-dən artıq müəllim iştirak edib.

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb. Noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib.

Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.

Diaqnostik qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən həyata keçirilib.

Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əməkhaqqı artırılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Yeni ildən müəllimlərin maaşı artacaq

Yeni ildən müəllimlərin maaşı artacaq

Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq q...

2314 Sosial 09:17 23 dekabr 2015

Son xəbərlər