3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..."

3 uşaq anası evdən qaçıb? - Tez gəldim nənəmə dedim ki...
Video
Hadisə 25

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın sonuncu dəfə yaşadığı əraziyə yaxın yerdə görülüb.

Onun evdə üç azyaşlı övladı qalıb. İtkin düşən şəxsin qardaşı Taleh Məmmədov bildirib ki, evdən gedərkən bacısının çiynində məktəbli çantası, əynində isə qara rəngli geyimlər olub.

Ərazidə qoyun otaran azyaşlılardan biri isə həmin gün itkin düşən qadını gördüyünü bildirib:

"Biz fermaya qoyun otarmağa getmişdik. Üç nəfər idik. Orada onu gördük. Bizi görəndə qaçdı. Mən də tez gəlib nənəmə xəbər verdim".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa verilib. Hazırda qadının tapılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər