Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli həftəni intensiv diplomatik görüşlərlə başa vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramov bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif müzakirələrdə iştirak edib və Azərbaycan adından ikitərəfli sənədlər imzalayıb. Keçirilən görüşlər Azərbaycanın xarici siyasət prioritetlərinin irəlilədilməsi və ikitərəfli tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Belə ki, yüksək səviyyəli həftə ərzində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ölkənin çoxtərəfli gündəliyə fəal töhfəsinin davam etdirildiyini nümayiş etdirib. Müzakirələr zamanı sülh, sabitlik, regional və transregional bağlantılar, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi məsələlər diqqət mərkəzində olub.
Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində həmkarları, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif dövlətlərin rəsmiləri ilə ümumilikdə 37 ikitərəfli görüş keçirib. Görüşlərin nəticəsi olaraq 17 ikitərəfli sənəd imzalanıb.
Nazir, həmçinin 11 yüksək səviyyəli tədbirdə çıxış edib. Bu tədbirlər sırasında BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatı, G-77 və Çin, Qlobal İnkişaf Təşəbbüsü (GDI), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr (LLDC) üzrə tədbirlər, İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupu, Transxəzər və TRIPP marşrutu üzrə sessiya, ABŞ Ticarət Palatasının dəyirmi masası və Ümumdünya Ticarət Təşkilatının Dünya İqtisadi Liderləri naharı yer alıb.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirərək sülhün və sabitliyin təşviqinə, bağlantıların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə fəal töhfə vermək niyyətindədir.
Concluding a productive #UNGA81 High-Level Week in New York, Minister of Foreign Affairs of #Azerbaijan Jeyhun Bayramov held comprehensive meetings, discussions, and signed documents on behalf of Azerbaijan. The intensive diplomatic agenda provided an important opportunity to advance Azerbaijan’s foreign policy priorities, strengthen bilateral partnerships. The discussions reaffirmed Azerbaijan’s active contribution to the multilateral agenda. Azerbaijan will continue to actively engage with international partners in promoting peace, stability, connectivity and mutually beneficial cooperation. ✅ 37 bilateral meetings with counterparts, head of international organisations, and state officials; ✅ 17 bilateral documents; ✅ Delivered speeches at 11 high-level events, including the General Debate of #UNGA81, Ministerial Meetings of G-77 & China, GDI, OIC, OTS, ECO, LLDC, OIC Contact Group on Jammu & Kashmir, Trans-Caspian & TRIPP Route Session, US Chamber of Commerce Round Table, and WTO World Economic Leaders Luncheon. #UNGA81 #Azerbaijan🇦🇿🇺🇳
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 26, 2026
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar foto paylaşılıb....