Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Anım Günü ilə əlaqədar Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət edib.
BAKU.WS xəbər verir ki, şura rəhbərliyi və kollektivi Zəfər Parkını 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib.
Şura rəhbərliyi, üzvləri Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.
***
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
BAKU.WS ADY-yə istinadən xəbər verir ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
ADY rəhbərliyi Misilsiz qəhrəmanlıq dastanı yazmış şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb
***
İqtisadiyyat Nazirliyinin kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Vətən müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun tarixi qələbə qazandığı Vətən müharibəsinin başlanmasından altı il ötür. 27 sentyabr - Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir.
***
27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Zəfər abidəsini ziyarət edib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
***
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Bu barədə BAKU.WS-ə XİN-dən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
***
Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Abidənin önünə gül dəstələri qoyulub, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib. Şəhidlərin keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq bir daha dərin ehtiramla xatırlanıb.
***
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, onun müavinləri və nazirliyin rəhbər şəxsləri Bakıda yerləşən Zəfər abidəsini ziyarət ediblər.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, əməkdaşlar abidənin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
***13:31
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri - Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsi önünə tər güllər düzüblər, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri dərin ehtiramla anıblar.
***13:31
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.
***12:37
Baş prokuror Kamran Əliyev, müavinləri və prokurorluğun rəhbər şəxsləri Zəfər abidəsini ziyarət ediblər.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, prokurorluq əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
***12:24
44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.
BAKU.WS xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.
***11:33
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkında olub.
Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə əklil və gül dəstələri qoyublar.
***11:31
Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, nazirlik əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
***10:44
27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Qalereya
Oxşar xəbərlər
COP-un humanitar məqsədi: qlobal gərginliklərin missiyaya təsiri
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçüncü gündür davam edir. Topl...