Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı

Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
Hadisə 68

Pakistanın Lahor şəhərində 20 yaşlı Azərbaycan vətəndaşının cinsi zorakılığa məruz qalması ilə bağlı müraciəti əsasında araşdırma başlanılıb.

BAKU.WS xəbər verir ki, Pakistan mediasının yaydığı məlumata görə, gənc qadın bizneslə əlaqəli məsələlər üçün təxminən iki həftə əvvəl ölkəyə gedib.

İddialara əsasən, iki qadın onu şam yeməyinə dəvət edib. Görüş zamanı onlara üç kişi də qoşulub. Daha sonra qadına evinə aparılacağı bildirilsə də, onun başqa ünvana aparıldığı qeyd olunur.

Zərərçəkmişin ifadəsinə görə, həmin ünvanda ona içki verilib və içkinin tərkibində şüura təsir edən maddənin olduğu ehtimal edilir. Bundan sonra üç kişinin ona qarşı cinsi zorakılıq törətdiyi iddia olunur.

Qadın hadisənin gecə boyunca davam etdiyini, daha sonra hava limanı yaxınlığında avtomobildən düşürüldüyünü bildirib. Onun iki bahalı mobil telefonunun da götürüldüyü qeyd edilib.

Polisin apardığı araşdırma nəticəsində hadisədə şübhəli bilinən şəxslərin kimliyi müəyyənləşdirilib. Hadisə ilə əlaqəli olduğu ehtimal edilən avtomobil də hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub.

Hazırda şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər