Yanvar ayından müəllimlərin maaşı artırılacaq
"Bu ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır".
BAKU.WS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında bildirib.
Nazir vurğulayıb ki, bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq.M.Cabbarov həmçinin bildirib ki, aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb:
"Eyni zamanda, Bakı şəhərində müəllimlərin həftəlik orta dərs yükü artırılmış və şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunmuşdur. Bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10:1-dən 12:1 nisbətinə qədər yüksəlib. Diaqnostik qiymətləndirmə, həmçinin hər bir müəllimin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, ixtisasartırma təlimlərinin ehtiyaclarını dəqiqləşdirməyə imkan yaradıb. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olub".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Sahibkarlar vergiləri vaxtında ödəməlidir"
"Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlətimizin başçısı bildirdi ki, prioritet təşkil etməyən l...