Maaşı artmayan müəllimlərə şad xəbər

Maaşı artmayan müəllimlərə şad xəbər
Sosial 2255

 

"Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən və işə yeni qəbul olunan müəllimlər üçün bu ilin yayında yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər".

BAKU.WS məlumat verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib: "Bəzi rayonlarda hətta 100 faiz nəticə göstərildi. Müəllimlərimizin böyük əksəriyyəti diaqnostik qiymətləndirmədə iştirak edib. Ancaq müəllimlərin 1 faizi müəyyən səbəblərdən, əsasən də sağlamlıq imkanları ilə əlaqədar diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib”.

İ.Nağıyev əlavə edib ki, 12 bölgə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən 25693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib: "Həmin kontingentlərin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, onda birinci növbədə öz üzərilərində işləməlidirlər. Onlar yenidən hazırlaşmalıdırlar ki, diaqnostik qiymətləndirmədən keçə bilsinlər”.

Şöbə müdiri bildirib ki, 12 bölkə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər: "Biz 2-3 nəfərə görə imtahan keçirə bilmərik. Əgər görsək ki, müəyyən kontingent yığılıb, onda bu il ərzində yenidən diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılacaq. Amma bu, saydan asılıdır. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Biz elə həmin ərəfədə də imtahan keçirə bilərik. Bununla da işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün elə bir imtahan təşkil oluna bilər və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər”.

İ.Nağıyev deyib ki, diaqnostik qiymətləndirmənin ölkənin qalan rayon və şəhərlərində də keçirilməsi üçün artıq uğurlu təcrübə var.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik: “Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar”

Nazirlik: “Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar”

Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlər əmək haqlarına artımların...

1604 Sosial 16:09 07 yanvar 2016

Son xəbərlər