Azərbaycanda 11-ci sinif şagirdi qaçırıldı - Direktor təsdiqlədi

Azərbaycanda 11-ci sinif şagirdi qaçırıldı - Direktor təsdiqlədi
Hadisə 3896

 

Sumqayıt şəhərində məktəbli qız qaçırılıb.

BAKU.WS-in Avropa.info-ya istinadən məlumatına görə, Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar.

Sayt yazır ki, baş verən hadisəylə bağlı həmin məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.

Direktoru özü isə Xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: "Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam”, - deyə direktor bildirib.

Direktor qaçırılan şagirdin adını açıqlasa da, etik baxımdan məktəblinin ad və soyadını vermirik.

BAKU.WS

Son xəbərlər