Sumqayıtda müəllimin şagirdini vəhşicəsinə döyməsinə rəsmi açıqlama (YENİLƏNİB, VİDEO)
"Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi keçən həftənin sonunda baş verib".
Bunu "Report"a açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib. O, şagirdi döyən müəllimin adını da açıqlayıb: "Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb".
Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.
T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir: "Müfəttişlər də lazım olan araşdırmaları aparır".
***09:56***
"Sumqayıt şəhərində məktəblərdən birində baş verən hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılır".
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında söyləyib. Onun sözlərinə görə, yayılan video ilə tanış olublar. "Nazirlik tərəfindən ciddi araşdırma aparılır. Araşdırmalarımızdan sonra baş verən hadisəyə münasibət bildiriləcək”, - deyə Cəsarət Valehov bildirib. Qeyd edək ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərdən birinin başına çox sayda zərbələr endirib. Bu barədə "Sumqayıtda orta məktəbdə müəllim şagirdi vəhşicəsinə döydü" adlı xəbərdə ətraflı məluamt vermişik. Hadisənin görüntülərini təqdim edirik: Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda orta məktəbdə müəllim şagirdi vəhşicəsinə döydü (VİDEO)
Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb. BAKU.WS-in anspress-ə istinadən məlumatına görə, təqdim edilən videoda aydın görünür ki, Sumqayı...