Ruhların dolaşdığı məktəbin direktoru DANIŞDI - VİDEO
Bakının Yasamal rayoundakı 286 saylı orta məktəbin direktoru məktəbdə guya əcaib məxluqun peyda olması barədə yayılan məlumatlara münasibət bildirib.
Məktəbin direktoru Samir Mehdizadə Trend-ə açıqlamasında yayılan məlumatları cəfəngiyyat adlandırıb və məktəbdə belə bir hadisənin baş vermədiyini bildirib: "Məktəbdə yıxıldığı deyilən mühafizəçi 4 aydır ki, məktəbimizdə işdən çıxıb. O, artıq məktəbdə işləmir. Nə məktəbdə ruh var, nə də həmin mühafizəçini kimsə yıxıb. Yayılanlar həqiqətə uyğun deyil".
Qeyd edək ki, 286 saylı orta məktəbdə məktəbin mühafizəçisinin gecə saatlarında ruhun hücumuna məruz qalması barədə məlumatlar yayılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakı məktəbində qorxunc hadisə - Ruh hücum çəkdi (VİDEO)
Gecə saatları idi. Dəhlizə yeriyirdim. Qəflətən nə isə mənə hücum çəkdi və yerə yıxdı. Yaralandım. Məni xəstəxanaya apardılar BAKU.WS "Novosti Azerbaydjan"a i...