BİABIRÇILIQ: Bakı məktəbində Orduya yardım adı ilə pul yığılır

BİABIRÇILIQ: Bakı məktəbində Orduya yardım adı ilə pul yığılır
Sosial 2492

Orta məktəblərdə orduya yardım adı ilə hər uşaqdan 2 manat məbləğində pul yığılır.

Bu barədə BAKU.WS-ə övladı Xətai rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Zakir Yusifov adına 194 saylı ümumtəhsil orta məktəbinin 1C sinifində oxuyan valideynlərdən biri məlumat verilb. Onun sözlərinə görə, məktəbdə son hadisələri bəhanə edərək əsgərlərə yardım adı altında vəsait toplanılır.

Təhsil Nazirliyinin ictinmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə məlumatın inandırıcı olımadığını bildirib. "Mən o məktəbin direktiorunu şəxsən tanıyıram, o elə bir adam deyil ki, indiki vəziyyətdə əsgərlərə yardım adı ilə uşaqlardan pul yığsın”, - C.Valehov əlavə edib.

Bununla belə Valehov məlumatın araşdırılacağını bildirib.

194 saylı məktəbin direktoru isə uşaqlardan həqitən də vəsait yığıldığını təsdiq etdi. Amma orduya deyil, vəsaitin Qızıl Aypara Cəmiyyətinə yığıldığını bildirdi.

"Məktəbə Qızıl Aypara Cəmiyətinin Xətai rayon təşkilatının rəhbəri Talıb Rəhimovun imzası ilə məktub daxil olub. Prezidentin 31.04.2004 və 22.05.2007-ci il sərəncamları məktuba əlavə edilib və müəyyən məbləğin toplanması və çatdırılması xahiş olunur”, - Ə.Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi.

Direktorun sözlərinə görə, bu, Xətai rayon İcra Hakimiyyətinin tapşırığı əsasında ildə bir dəfə könüllük prinsipi əsasında yığılır. 

"Bu vəsait tək bizim məktəbdə deyil, bütün möktəblərdə toplanır”, - məktəb direktoru vurğulayıb.

BAKU.WS

Son xəbərlər